“Liverpul”un və İngiltərə millisinin sabiq futbolçusu Ceymi Karrager “qırmızılar”ın yarımmüdafiəçisi Florian Virts barədə fikirlərini bölüşüb.
Sportinfo.az “Daily Mail”-ə istinadən xəbər verir ki, o, almaniyalı oyunçunun potensialını yüksək qiymətləndirir:
“Virts mərhələli şəkildə irəliləyir. Şübhə yoxdur ki, bu oğlanın böyük ustalığı var. Ona baxanda elə gəlir ki, David Silvanın (“Mançester Siti”nin sabiq futbolçusu) yolunu təkrarlaya bilər”.
22 yaşlı yarımmüdafiəçi 2025-ci ilin yayında Levekuzen “Bayer”indən 125 milyon avro qarşılığında transfer olunub.
O, “qırmızılar”ın heyətində 32 oyunda iştirak edib, 6 qol vurub və 8 məhsuldar ötürmə verib.

