“Mançester Yunayted”ə qayıtmaq istəmir - Onlara inanmadığı üçün

4 Fevral 15:40 İngiltərə 333
“Mançester Yunayted”ə qayıtmaq istəmir - Onlara inanmadığı üçün

“Barselona”nın 28 yaşlı hücumçusu Markus Reşford icarə müddətinin bitməsindən sonra “Mançester Yunayted”ə qayıtmaq niyyətində deyil.

Sportinfo.az xəbər verir ki, bu barədə “The Touchline” məlumat yayıb.

Reşford “qırmızı şeytanlar”ın layihəsinə inanmır və hazırda oynadığı klubun böyük titullar uğrunda ciddi planlar qurduğunu düşünür.

O, hesab edir ki, “Barselona”da baş məşqçi Hans-Diter Flikin rəhbərliyi altında dünya səviyyəli oyunçuya çevrilə bilər.

İngiltərəli futbolçu 2025-ci ilin yayında “Mançester Yunayted”dən icarə əsasında “Barselona”ya keçib. Kataloniyalılar icarə müddəti başa çatdıqdan sonra onu 30 milyon avroya daimi olaraq almaq imkanına sahibdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 Fevral 18:10 Çək və bizə göndər!
14 Fevral 04:00 Kim daha çox qazanır?
14 Fevral 03:10 “Çətin komandadır”