“Mançester Siti”də Qvardiolanı əvəz edə biləcək 3 baş məşqçi

00:20 İngiltərə 91
“Mançester Siti”də Qvardiolanı əvəz edə biləcək 3 baş məşqçi

“Mançester Siti” rəhbərliyi baş məşqçi Pep Qvardiolanın komandadan ayrılması ehtimalına hazırlıq görür.

Sportinfo.az “The Telegraph”-a istinadən xəbər verir ki, İngiltərə klubunun qısa siyahısında üç namizəd yer alır: Xabi Alonso, Sesk Fabreqas və Enzo Mareska.

Qvardiola cari mövsümün sonunda “şəhərlilər”dən ayrılmaq fikrindədir. İspaniyalı mütəxəssis 2016-cı ilin yayından etibarən klubun baş məşqçi postunu tutur.

“Mançester Siti” hazırda İngiltərə Premyer Liqasında 24 turdan sonra 47 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və lider “Arsenal”dan 6 xal geri qalır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
3 Fevral 18:10 Çək və bizə göndər!