“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi olan “Nyukasl” müdafiəçisi və kapitanı Camal Lassellslə yolları ayırıb.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Arxa xətt oyunçusunun “Lester”ə transfer olunduğu bildirilib. Lassels 2014-cü ildə “Nottingem Forest”dən transfer olunmuşdu. Müdafiəçi “sağsağanlar”ın heyətində ümumilikdə 253 oyuna çıxıb.
“Qarabağ”la “Nyukasl” arasında ilk matç fevralın 18-də, saat 21:45-də Bakıda, cavab qarşılaşması isə fevralın 24-də, saat 00:00-da İngiltərədə baş tutacaq.

