Hazırda icarədə olan niderlandlı müdafiəçi ilə maraqlanır - “Liverpul”

3 Fevral 10:00 İngiltərə 460
Hazırda icarədə olan niderlandlı müdafiəçi ilə maraqlanır - “Liverpul”

“Liverpul” hazırda “Sanderlend”də icarə əsasında çıxış edən “Leyptsiq”in sağ cinah müdafiəçisi Lyutsxarela Qertreyd üçün danışıqlar aparır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızılar”ın niderlandlı futbolçuyla maraqlanmalarının əsas səbəbi baş məşqçi Arne Slotun onu “Feyenoord”dakı vaxtından tanımasıdır.

25 yaşlı müdafiəçi bu mövsüm bütün turnirlərdə 18 oyunda meydana çıxıb və qol vurmayıb. Onun Almaniya klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti