“Çelsi”nin sabiq baş məşqçisi Enzo Mareskaya İngiltərədə yeni iş təklif oluna bilər.
Sportinfo.az “Mirror” qəzetinə istinadən xəbər verir ki, “Lester” italiyalı mütəxəssisin xidmətində maraqlıdır və klub tezliklə danışıqlara başlamağa hazırdır.
Mareska yanvarın 1-də “Çelsi”dən istefaya göndərilib. 45 yaşlı mütəxəssis daha əvvəl, 2023-cü ildən 2024-cü ilə qədər “Lester”i çalışdırıb.
Onun rəhbərliyi altında komanda Çempionşipdə qalib gələrək, İngiltərə Premyer Liqasına vəsiqə qazanmışdı.
Komanda hazırda Çempionşipin turnir cədvəlində 30 oyundan 38 xalla 16-cı yerdədir.

