“Liverpul”un sabiq müdafiəçisi Ceymi Karrager komandanın keçmiş yarımmüdafiəçisi Rahim Sterlinqin karyerası haqda danışıb.
Sterlinq 2012-15-ci illərdə “Liverpul”da çıxış edib.
Sportinfo.az “The Telegraph”-a istinadən xəbər verir ki, o, Sterlinqin məşq prosesinə çox məsuliyyətli yanaşdığını bildirib:
“Sterlinqin məşq prosesinə çox məsuliyyətli yanaşdığını deyə bilərəm. O, həmişə yüksək nəticələr göstərməyə çalışır və buna görə böyük hörmət qazanıb.
Hazırda yeni komanda axtarır və azad agent kimi ən yaxşı karyeralardan birinə sahibdir”.
Sterlinq “Liverpul”, “Mançester Siti”, “Çelsi” və “Arsenal” kimi klublarda çıxış edib.

