“Liverpul” “İnter”in müdafiəçisi Denzel Dumfrisi transfer etmək niyyətindən hələ də geri çəkilməyib. Ancaq tərəflər arasında razılaşma hələlik uzaq görünür.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızılar” qış transfer pəncərəsində böyük məbləğ xərcləmək istəmir və bu səbəbdən niderlandlı futbolçunun icarəyə götürülməsində israrlıdır.
“İnter” isə bu variantı qəbuledilməz sayır. Bununla belə, danışıqlar hələ də davam edir.
“İnter”in 29 yaşlı oyunçu üçün minimum 30 milyon avro tələb etdiyi bildirilmişdi. “Transfermarkt” portalı isə onun dəyərini 25 milyon avro olaraq göstərir.
“Liverpul”un Dumfrisə marağı Çempionlar Liqasındakı son oyunda – “Qarabağ”la matçda (6:0) Jeremi Frimponqun zədələnməsindən sonra daha da artıb.
İngilis klubu müdafiənin sağ cinahındakı boşluğu məhz Dumfrislə doldurmağı planlaşdırır.

