Norveçli hücumçu Yorgen Larsen karyerasını İngiltərə Premyer Liqasında başqa bir klubda davam etdirə bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Vulverhempton”un formasını geyinən 25 yaşlı futbolçunun transferi gündəmdədir.
Larsenin yeni ünvanı “Kristal Pelas” ola bilər. “Qartallar” “canavarlar”la danışıqları uğurla yekunlaşdırıb və transfer üçün 52 milyon avro, üstəgəl bonuslar ödəməyə razılıq verib.
25 yaşlı forvard 2024-cü ildən “Vulverhempton”da çıxış edir. O, İngiltərə təmsilçisinin heyətində 61 oyuna çıxıb və 20 qol vurub.

