“Qarabağ”la qarşılaşacaq “Liverpul”u tənqid etdi: “Premyer Liqanın səviyyəsinə uyğun gəlmir”

00:10 İngiltərə 128
“Qarabağ”la qarşılaşacaq “Liverpul”u tənqid etdi: “Premyer Liqanın səviyyəsinə uyğun gəlmir”

İngiltərə millisinin və “Liverpul”un sabiq müdafiəçisi Ceymi Karrager Premyer Liqanın 23-cü turunda “Bornmut”a 2:3 hesablı məğlubiyyətdən sonra Mersisayd klubunu kəskin tənqid edib.

Sportinfo.az xəbər verir ki, “Sky Sports”-a danışan Karrager, “Liverpul”un hazırkı durumundan narahatlığını gizlətməyib:

“Bu, Premyer Liqa səviyyəsinə uyğun gəlməyən komandadır. “Mançester Yunayted” və “Liverpul”un nəticələrinə baxsaq, ikincilər Çempionlar Liqası zonasından kənarda qala bilər.

Bu məni ciddi şəkildə narahat edir. Komandanın baş məşqçisi ilə bağlı ciddi suallar ortaya çıxa bilər”.

Arne Slotun rəhbərlik etdiyi “Liverpul” Premyer Liqada keçirdiyi 23 oyundan sonra 36 xal toplayıb və turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Mersisayd klubu hazırda 5-ci yerdəki “Çelsi”dən bir xal geri qalır.

“Liverpul” sabah Çempionlar Liqasının 8-ci turu çərçivəsində “Qarabağ”ı qəbul edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
27 Yanvar 18:10 Çək və bizə göndər!