“Real”a 100 milyon avroluq rəsmi təklif var - Premyer Liqa mənsubundan

18:20 İngiltərə 120
“Real”a 100 milyon avroluq rəsmi təklif var - Premyer Liqa mənsubundan

“Real”ın yarımmüdafiəçisi Orelyen Tçuameni karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportinfo.az “Fichajes”-ə istinadən xəbər verir ki, “Liverpul” və “Tottenhem” 26 yaşlı futbolçunun transferi uğrunda ciddi şəkildə mübarizə aparır.

Bildirilir ki, “Tottenhem” artıq “Real”a 100 milyon avro dəyərində rəsmi təklif göndərib.

Fransalı futbolçu 2022-ci ildə “Monako”dan “Real”a transfer olunub. O, cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla 28 oyuna çıxıb və 1 məhsuldar ötürmə verib.

Onun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti