“Çelsi”nin hücumçusu Liam Delap İngiltərə Premyer Liqasının başqa klubunun maraq dairəsindədir.
Sportinfo.az “The Independent” nəşrinə istinadən xəbər verir ki, “Mançester Yunayted” ingiltərəli futbolçu ilə müqavilə imzalamaqda maraqlıdır.
“Qırmızı şeytanlar” onu komandanın oyun tərzinə uyğun görürlər.
22 yaşlı Delapın “Çelsi” ilə hazırkı müqaviləsinin müddəti 2031-ci ilin ortalarına qədərdir.

