“Liverpul” Premyer Liqada ardıcıl beş matçdır qələbə qazana bilmir – dörd heç-heçə və bir məğlubiyyət komandanın vəziyyətini gərginləşdirib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu durum bukmeker kontorlarının proqnozlarında da əksini tapıb:
Arne Slotun Premyer Liqada qovulacaq növbəti baş məşqçi olması ehtimalı bir gündə 3.75-dən 1.40-a qalxıb və niderlandı mütəxəssis favoritə çevrilib.
İkinci pillədə isə “Tottenhem”in baş məşqçisi Tomas Frank qərarlaşıb (2.87). O, uzun müddət bukmekerlərin favoritlər siyahısında birinci idi.
“Liverpul”un yeni baş məşqçi axtarışları çərçivəsində Xabi Alonso ön plana çıxıb. Hazırda onun üçün əmsal 1.48-dir, ikinci yerdə isə PSJ-nin çalışdırıcısı Luis Enrike (3.00) qərarlaşıb.
Kluba yaxın mənbələr bildirir ki, “Liverpul” Xabi Alonsonun komandanı idarə etməyə hazır olub-olmadığını öyrənmək üçün onun nümayəndələri ilə əlaqə saxlayıb.
Bu vəziyyət göstərir ki, “qırmızılar” yaxın vaxtlarda baş məşqçi postunda dəyişiklik edə bilər və Slotun gedişi demək olar ki, qaçılmaz görünür.
Komanda yanvarın 28-də, UEFA Çempionlar Liqasının 8-ci turu çərçivəsində “Qarabağ”ı qəbul edəcək.

