“Milan”ın müdafiəçisi Aleks Ximenes karyerasını “Bornmut”da davam etdirə bilər.
İspaniyalı futbolçu hazırda İngiltərə klubunda icarə əsasında çıxış edir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, hər şey plan üzrə getsə, “Bornmut” yay transfer pəncərəsində Ximenesi “Milan”dan tam hüquqlu transfer edəcək.
Sözləşmənin məbləği 22 milyon avro təşkil edəcək. Bu məbləğin 11 milyon avrosu futbolçunun yetişdiyi klub olan “Real”a çatacaq. 22 yaşlı müdafiəçi “kral klubu”nun yetirməsidir.
O, cari mövsümdə bütün turnirlər daxil olmaqla 21 oyunda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.

