“Leyptsiq”in hücumçusu Yan Diomande “Mançester Siti”nin diqqət mərkəzinə düşüb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya klubu 19 yaşlı futbolçu üçün 100 milyon avro tələb edir.
“Leyptsiq”in məqsədi klub tarixində yeni transfer rekorduna imza atmaqdır. Hazırda klubun ən bahalı satışı 88 milyon avro qarşılığında məhz “Mançester Siti”yə transfer olunan Yoşko Qvardioldur.
Fil Dişi Sahilindən olan forvard cari mövsümdə bütün turnirlər daxil olmaqla 19 oyunda iştirak edib, 7 qol vurub və 6 məhsuldar ötürmə verib.

