Azərbaycan komandasının yolunu gözləyən "Liverpul"dan XƏBƏR

26 Yanvar 04:50 İngiltərə 481
Azərbaycan komandasının yolunu gözləyən "Liverpul"dan XƏBƏR

Xəbər verdiyimiz kimi, “Liverpul” İngiltərə Premyer Liqasının XXIII turunda “Bornmut”a səfərdə 2:3 hesabı ilə uduzub.

Sportinfo.az xəbər verir ki, bununla da Mersisayd təmsilçisi cari mövsümdə artıq üçüncü dəfə (daha əvvəl “Kristal Pelas” və “Çelsi” ilə oyunlarda) əlavə vaxtda buraxılan qolla məğlub olub.

Bu, klubun ölkə çempionatı tarixində bir mövsümdə son dəqiqə qolları ilə qeydə alınan ən pis göstərici hesab olunur.

“Bornmut”la qarşılaşmadakı uğursuzluq həmçinin “Liverpul”un cari mövsüm bütün turnirlərdə aldığı 11-ci məğlubiyyətdir.

“Liverpul” növbəti oyununu Çempionlar Liqasının VIII turu çərçivəsində “Qarabağ”a qarşı keçirəcək. Görüş yanvarın 28-də “Enfild”də baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti