“Liverpul”un mərkəz müdafiəçisi “Qarabağ”la matça çıxmayacaq?

25 Yanvar 23:20 İngiltərə 124
“Liverpul”un mərkəz müdafiəçisi “Qarabağ”la matça çıxmayacaq?

“Liverpul”un mərkəz müdafiəçisi Co Qomes zədələnib.

Sportinfo.az xəbər verir ki, hadisə İngiltərə Premyer Liqasının 23-cü turunda “Bornmut”a qarşı səfər matçında baş verib.

Meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşan görüşdə o, komanda yoldaşı Allisonla toqquşaraq zədə alıb və artıq 35-ci dəqiqədə məcburi əvəzlənməli olub.

Onun yanvarın 28-də “Qarabağ”a qarşı keçiriləcək Çempionlar Liqası oyununda iştirakı sual altındadır.

“Co Qomesin iki-üç günə məşqlərə qayıdıb-qayıtmayacağını deyə bilmərəm, amma bu gün davam edə bilməyəcəyi aydın idi” - deyə matçdan sonra “Liverpul”un baş məşqçisi Arne Slot bildirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 Yanvar 20:00 Çək və bizə göndər!
25 Yanvar 01:00 "Neftçi"dən 100-cü...