"Problemlərimizin və indiki çətinliklərimizin səbəbini bilirəm, buna yüz faiz əminəm"

20:50 İngiltərə 77
"Problemlərimizin və indiki çətinliklərimizin səbəbini bilirəm, buna yüz faiz əminəm"

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola yarımmüdafiəçi Rodrinin son dövrlərdəki qeyri-sabit oyunu və gələcək perspektivi ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis, futbolçunun əvvəlki yüksək formasına qayıdacağına əmin olduğunu bildirib:

“Problemlərimizin və indiki çətinliklərimizin səbəbini bilirəm. Buna yüz faiz əminəm. Artıq 11 ay keçib.

Ona bir az da vaxt verin. Bizim standartlarımız çox yüksəkdir və qeyri-sabitliyimizin səbəbini yaxşı anlayıram”.

Rodrinin 2024-cü ildə “qızıl top”u qazandığı səviyyəyə qayıdıb-qayıtmayacağı sualına isə baş məşqçi belə cavab verib:

“Demək olar ki, buna əminəm. Amma bu, təkcə ondan yox, komandadan da asılıdır”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti