"O, komandada yer alacaq, amma bu, özbaşına gəlməlidir"

5 Oktyabr 2022 01:40 İngiltərə 547
"O, komandada yer alacaq, amma bu, özbaşına gəlməlidir"

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq Kazemironun komandadakı gələcəyi ilə bağlı danışıb.

Sportinfo.az xəbər verir ki, niderlandlı mütəxəssis braziliyalı haqda bunları deyib:

"Onun gəlişindən sonra biz qalib gəlməyə başladıq. Vacib olan isə komandanın uğurudu. Komandada hər şey qaydasındadı.

Söhbət Kazemirodan getmir. Maktominay əldə etdiyimiz qələbə seriyasında çox yaxşı oynayır.

Əminəm ki, Kazemiro zamanla komanda üçün mühüm rol oynayacaq. O, komandada yer alacaq, amma bu, özbaşına gəlməlidir".

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 01:00 "Mingəçevir" qalib gəldi
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!