90 milyon avroluq vinger üçün sorğu göndərdi - Paytaxt təmsilçisi

10:00 İngiltərə 1 716
90 milyon avroluq vinger üçün sorğu göndərdi - Paytaxt təmsilçisi

“Leyptsiq”in vingeri Yan Diomande karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Fil Dişi Sahili millisinin 19 yaşlı futbolçusu ilə “Arsenal” maraqlanır.

“Topçular” artıq Diomandenin transferi ilə bağlı Almaniya təmsilçisinə ilkin sorğu göndərib.

Bundan əvvəl mətbuatda PSJ-nin də Diomandeni heyətinə qatmaq istədiyi bildirilmişdi.

“Transfermarkt” portalı onun bazar dəyərini 90 milyon avro qiymətləndirir. Futbolçunun “Leyptsiq”lə müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir.

Diomande ötən mövsüm bütün turnirlərdə 36 oyunda meydana çıxaraq, 13 qol vurub və 9 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyul 21:30 Çək və bizə göndər!