
Konfrans Liqası 2-ci təsnifat mərhələsinin cavab oyununda "Sabah"ın qonağı olacaq "Makkabi"nin Bakıdakı məşqi ləğv olunub.
Sportinfo.az Hayfa təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçi Barak Baxarın oyunöncəsi mətbuat konfransı da baş tutmayacaq.
Buna səbəb komandanın Bakıya uçuşunun ləngiməsidir. "Makkabi" gecə saatlarında Azərbaycana çatacaq.
"Sabah" - "Makkabi" qarşılaşması bu gün saat 20:00-da "Bank Respublika Arena"da keçiriləcək.
Komandalar arasında ilk görüş Azərbaycan klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.