"Respublika Stadionunun fotolarını ona göstərdik, orada qoyunlar otlayırdı"

2 Aprel 11:00 Hadisə 425
"Respublika Stadionunun fotolarını ona  göstərdik, orada qoyunlar otlayırdı"

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə AFFA-nın hesabat seçki konfransında Azərbaycan futbolu ilə bağlı maraqlı hadisə danışıb.

Sportinfo.az xəbər verir ki, o, əvvəllər stadionlarımızın yararsız olması səbəbindən oyunları başqa ölkələrdə keçirdiyimizi xatırladıb:

“30 il öncə Prezident Aparatında işləyirdim. Həmin vaxt bir hadisə oldu, Azərbaycan İsraillə oynamalı idi.

Amma stadionlarımızın heç birini UEFA qəbul etmədi. Ulu öndər Heydər Əliyev dedi ki, “necə olur, futbol oynamaq üçün ölkəmizdə bir stadion yoxdur?”

Biz ona Tofiq Bəhramov adına Respublika Stadionunun fotolarını göstərdik. Orada qoyunlar otlayırdı.

Ulu öndər Sumqayıt Şəhər Stadionunun nə durumda olduğunu soruşdu. Onu da UEFA qəbul etmədi.

Məcbur matçı Trabzonda keçirdik. Amma indi futbolda uğurlarımız var. “Qarabağ”ın simasında biz sevindik. Milli komandanı çox tənqid edirlər. Tənqid iş olan yerdə var”.

Digər Xəbərlər
Xəbər Lenti
12 Aprel 19:50 Çək və bizə göndər!
12 Aprel 07:30 Bu məhsullar bahalaşıb