Tanınmış baş məşqçi Bakıda istefaya göndəriləcək?

21 Sentyabr 2021 20:20 Hadisə 1 361
Tanınmış baş məşqçi Bakıda istefaya göndəriləcək?

DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan ilə eyni qrupda yer alan İrlandiya yığmasında baş məşqçi dəyişikliyi ola bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə "Punditarena" nəşrinə açıqlamasında komandanın sabiq futbolçusu Toni Kaskarino bildirib.

59 yaşlı keçmiş hücumçunun sözlərinə görə, İrlandiya Futbol Assosiasiyası hazırkı baş məşqçi Stiven Kennini dəstəkləyir, lakin uğursuz nəticələr onun istefasına gətirib çıxaracaq.

Kaskarino irlandiyalı sabiq oyunçu Kris Hyutonun bu posta əsas namizəd olduğunu və Kennidən sonra milliyə rəhbərlik edə biləcəyini vurğulayıb.

İrlandiya seçmə mərhələdə növbəti görüşünü oktyabrın 9-da Bakıda Azərbaycana qarşı keçirəcək.

Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlanacaq. Komandalar arasında V tura təsadüf edən matç 1:1 hesabı ilə bitib.

Digər Xəbərlər
Xəbər Lenti