“Neftçi”yə görə Bakıya gələcək, sonra satılacaq

27 İyul 2021 20:40 Hadisə 1 496
“Neftçi”yə görə Bakıya gələcək, sonra satılacaq

“Neftçi”nin Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi “Olimpiakos” bir futbolçusu ilə yollarını ayırmağa hazırlaşır.

Sportinfo.az xəbər verir ki, müdafiəçi Pape Abu Sissenin Fransa klubuna satılması nəzərdə tutulub.

Bu ilin ilk 6 ayını icarə əsasında “Sent-Etyenn”də keçirən seneqallı oyunçu Fransa Liqa1-nə qayıdan “Trua”ya keçmək üzrədir.

“Neftçi” ilə Pireydəki qarşılaşmanın ikinci hissəsində iştirak edən 26 yaşlı futbolçunun Bakıdakı cavab görüşündən sonra “Trua”ya keçidinin rəsmiləşməsi gözlənilir.

Klublar 5 milyon avroya transferin gerçəkləşməsi yönündə ilkin razılığa gəlib.

"Neftçi” ilə “Olimpiakos” arasında Yunanıstanda keçirilən ilk oyunda ev sahibləri 1:0 hesablı qələbə qazanıb. Bu komandalar arasında cavab görüşü sabah baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
14 Oktyabr 23:20 "Bu, bizi məyus etdi"
14 Oktyabr 20:00 Mahir – qanadsız mələk
14 Oktyabr 18:10 Çək və bizə göndər!
14 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Oktyabr 00:42 Ukraynaya uduzduq