Azərbaycanın tanınmış xanım idmançısına pul verdilər

5 Dekabr 2021 00:40 Güləş 1 139
Azərbaycanın tanınmış xanım idmançısına pul verdilər

Azərbaycanın daha bir güləşçisi Dünya Güləş Birliyindən (UWW) pul mükafatı alıb.

Sportinfo.az xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən qadın güləşçi Mariya Stadnikə 3000 ABŞ dolları verilib.

2 qat dünya və 8 qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı 60 xalla dünya reytinqində 3-cü olduğundan, bu mükafata layiq görülüb.

Bu çəki dərəcəsində ilk pillədə ABŞ təmsilçisi Sara Hilderbrandt (82 xal) qərarlaşıb. İkinci sıranı isə yaponiyalı Yui Susaki (68 xal) tutur.

Daha əvvəl Azərbaycanın sərbəst güləşçisi Osman Nurməhəmmədov (92 kq) 3 000 ABŞ dolları, yunan-Roma güləşçisi Rafiq Hüseynov (82 kq) isə 10 000 dollar mükafat əldə edib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 17:30 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 07:20 Babayevi heyətə qatdılar