Konfrans Liqasında yarımfinalın cavab oyunları olacaq

18 May 18:20 Dünya futbolu 316
Konfrans Liqasında yarımfinalın cavab oyunları olacaq

Bu gün Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.

Sportinfo.az xəbər verir ki, bununla da turnirin finalçıları müəyyənləşəcək.

İlk matçda İtaliyada "Fiorentina"ya 2:1 hesabı ilə qalib gələn "Bazel" İsveçrədəki görüşdə ən azı hazırkı üstünlüyünü qorumağa çalışacaq.

"Sankt-Yakob Park" stadionunda oynanılacaq qarşılaşmanı ispaniyalı referi Xose Mariya Sançes idarə edəcək.

Yarımfinalın digər oyununda isə İngiltərə "Vest Hem"i Niderlandda "AZ Alkmaar"la münasibətlərinə aydınlıq gətirəcək.

AZ stadionundakı matçın baş hakimi slovakiyalı İvan Krujlyak olacaq. Komandalar arasında ilk oyunda London klubu 2:1 hesablı qələbə qazanıb.

Turnirin final görüşü iyunun 7-də Çexiyanın paytaxtı Praqadakı "Eden Arena"da keçiriləcək.

18 may

23:00. "Bazel" (İsveçrə) - "Fiorentina" (İtaliya)
Baş hakim: Xose Mariya Sançes (İspaniya)
Bazel, "Sankt-Yakob Park" stadionu
İlk oyun - 2:1

23:00. "AZ Alkmaar" (Niderland) - "Vest Hem" (İngiltərə)
Baş hakim: İvan Krujlyak (Slovakiya)
Alkmaar, AZ stadionu
İlk oyun - 1:2

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 19:40 "Təəssüf ki, bacarmadıq"
22 Sentyabr 19:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
22 Sentyabr 11:10 Qurban Qurbanov - O, dahidir!
22 Sentyabr 08:30 Qızlar qonşulara uduzdu