Azərbaycan millisinin hücunçusu “ qara siyahı”ya salındı - FOTO

17 Yanvar 17:20 Bizimkilər 2 240
Azərbaycan millisinin hücunçusu “	qara siyahı”ya salındı - FOTO

"Ankaragücü" Azərbaycan millisinin hücumçusu Renat Dadaşov ilə yollarını ayıra bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə yerli "Viralspor" nəşri məlumat yayıb.

İddiaya görə, paytaxt təmsilçisi müqaviləsi davam edən 8 legionerdən ən azı üçü ilə vidalaşmaq niyyətindədir.

Bunlar Stelius Kitsiu, Niko Şults, Renaldo Kephas, Rikkardo Saponara, Riad Bayiç, Kevin Varqa, Renat Dadaşov və Dorin Rotariodur.

R.Kephasın baş məşqçi Kemal Özdeşin planlarına daxil olduğu bildirilib. N.Şults isə özü vidalaşmaq istəməsə, heyətdə qalacaq. Bundan əlavə, mütəxəssis D.Rotario və S.Kitsiu ilə bağlı da müsbət rəy verib.

Digər dörd futbolçunun taleyinə isə I Liqada bu gün "Şanlıurfaspor"a qarşı keçiriləcək matçdan sonra aydınlıq gələcək.

Renat Dadaşov ötən ilin yayında "Ankaragücü"nə keçib.

Millimizin hücumçusu az-çox oynadı, komandası qələbə qazandı - VİDEO

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da