Azərbaycan millisini seçməməsinin səbəbini açıqladı

17 Yanvar 2022 13:40 Bizimkilər 968
Azərbaycan millisini seçməməsinin səbəbini açıqladı

"Azərbaycana böyük hörmətlə yanaşıram, çünki köküm oradandır, atam bu ölkədə anadan olub".

Sportinfo.az xəbər verir ki,bunu Rusiya milli komandasının sabiq futbolçusu Aleksandr Səmədov "Qardaşyana cavab ver" yutub kanalına müsahibəsində Azərbaycan millisindən aldığı təklifləri qəbul etməməsi barədə danışarkən deyib.

Veteran yarımmüdafiəçi bildirib ki, Rusiya yığması ilə böyük turnirlərdə iştirak etmək şansı yüksək olduğundan bu addımı atıb:

"Üstəlik, mən burada doğulmuşam, Moskvada yaşamışam və anam rusdur. Gedib Azərbaycan milli komandasında 15 -20 il oynaya bilərdim.

Amma bu, mənim şəxsi qərarım idi. Rusiya yığması ilə bütün mümkün turnirlərdə iştirak etdim. Bu da onu göstərir ki, gözləntim özünü doğrultdu".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"