Azərbaycanlı məşqçiyə iş verilməsi üçün TƏKİD EDİB – AD ÇƏKDİ

19 Yanvar 2021 20:40 Bizimkilər 925
Azərbaycanlı məşqçiyə iş verilməsi üçün TƏKİD EDİB – AD ÇƏKDİ

“İqor Akinfeyevdə çalışmaq heç bir çətinlik yaratmayacaq”.

Sportinfo.az xəbər verir ki, bunu Moskva MOİK-ində qapıçılar üzrə məşqçi vəzifəsinə təyin olunan Dmitri Kramarenko klubun rəsmi saytına müsahibəsi zamanı deyib.

Kramarenko 2002/03 mövsümündə MOİK-in formasını geyinib. Azərbaycan millisində də eyni vəzifəni icra edən 47 yaşlı mütəxəssis MOİK-də İqor Akinfeyevə rəhbərlik etməyin ona asan olacağını söyləyib.

Kramarenko hətta təyinatında Rusiya millisinin qolkiperinin böyük rol oynadığını bildirib: “Akinfeyevi gənc yaşlarından xatırlayıram. Onun 16-17 yaşı olanda mən təcrübəli qapıçı idim.

İqor Rusiyada bir nömrəli qolkiperdir. Ümid edirəm ki, peşəkarlığı ilə uzun müddət hamımızı sevindirəcək. Hətta namizədliyim təklif olunanda dəvətimdə həlledici rolu Akinfeyev oynayıb”.

Digər Xəbərlər
Xəbər Lenti