COP29

Atasının problemini dedi, qazancını artırdılar, qaldı

9 İyun 18:10 Araz-Naxçıvan 3 131
Atasının problemini dedi, qazancını artırdılar, qaldı

Növbəti mövsüm üçün heyətini formalaşdırmaq istiqamətində çalışmalarını davam etdirən “Araz-Naxçıvan” Miço Kuzmanoviçlə yeni müqavilə imzalayıb.

Bosniya və herseqovinalı yarımmüdafiəçi qarşıdakı 1 ildə də «ağ-şırmızılar»ın formasını geyinəcək.

Balkanlı legioner sözləşməsinin müddətini uzatmaqla gəlirini də artırıb. O, qarşıdakı müddətdə hər ay üçün 14 min dollara yaxın məvacib alacaq.

Bu, ciddi artımdır. Çünki Miço atasının səhhətində problemlərin yarandığını və onun yanında olmaq üçün ölkəsinə qayıtmaq istədiyini bildirib.

Klub yönətimi əsas heyət üzvünü itirməmək naminə maaş məsələsində bosniyalının tələbini yerinə yetirməyi lazım bilib.

"Araz-Naxçıvan" buna qədər Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Ramin Nəsirli, Tərlan Əhmədov, Urfan Abbasov, Ömər Buludov və Ülvü İsgəndərovla da müqavilə bağlayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 22:41 "Qarabağ" "Ayaks"a uduzdu
24 Oktyabr 16:50 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 14:20 Mahirə arxalanmaq olarmı?