"Sabah"dan yeni sürpriz: Onlardan pul alınmayacaq - VİDEO

13 Sentyabr 2024 01:10 Sabah 972
"Sabah"dan yeni sürpriz: Onlardan pul alınmayacaq - VİDEO

15 sentyabr – Bilik Günüdür.

Sportinfo.az xəbər verir ki, bu münasibətlə sentyabrın 15-də baş tutacaq “Sabah” – “Turan Tovuz” oyununa gələcək bütün məktəblilərə və onları müşayiət edən valideynlərə pulsuz bilet veriləcək.

Bu barədə "Sabah"ın mətbuat xidməti məlumat yayıb.

Pulsuz biletləri oyun günü “Bank Respublika Arena”nın kassalarından əldə etmək mümkün olacaq.

“Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Turan Tovuz” oyunu saat 20:30-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
12 Yanvar 18:10 Çək və bizə göndər!
12 Yanvar 07:20 Metroda yeni GEDİŞ HAQQI
12 Yanvar 03:00 Çempionlar - FOTOLAR