COP29

"Qarabağ" II Bundesliqa klubu ilə bacarmadı – Avstriyadan VİDEO

9 İyul 16:40 Qarabağ 818
"Qarabağ" II Bundesliqa klubu ilə bacarmadı – Avstriyadan VİDEO

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" ilk yoxlama matçını keçirib.

Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Almaniyadan "Kayzerslautern" ilə qarşılaşıb.

Görüş rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. 2-ci Bundesliqa təmsilçisindən Yannis Heuer (23), Marlon Ritter (39) və Boris Tomyak (47) fərqlənib.

Ağdam klubundan 70-ci dəqiqədə Elvin Cəfərquliyev rəqib qapısına yol tapıb. 44-cü dəqiqədə "Qarabağ"ın futbolçusu Aleksey İsayev 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməyib.

"Köhlən atlar" günün ikinci görüşündə Çexiyanın "Viktoriya" (Plzen) klubunu sınağa çəkəcək. Bu oyun saat 20:00-da başlayacaq.

"Qarabağ"ın Tirolda 4 yoldaşlıq oyunu keçirməsi nəzərdə tutulub. Sonrakı rəqiblər hələlik bəlli deyil.

"Qarabağ" - "Kayzerslautern" 1:3

Qollar: Yannis Heuer, 23 (0:1), Marlon Ritter, 39 (0:2),Boris Tomyak, 47 (0:3), Emin Cəfərquliyev, 70 (1:3)

Digər Xəbərlər
Xəbər Lenti
22 İyul 18:10 Çək və bizə göndər!
22 İyul 11:00 Dama-dama göl olar…