"Molde" - "Qarabağ" oyununa hakim təyinatları açıqlandı

28 Noyabr 2023 22:40 Qarabağ 953
"Molde" - "Qarabağ" oyununa hakim təyinatları açıqlandı

Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda keçiriləcək "Molde" (Norveç) - "Qarabağ" matçı üçün hakim təyinatları müəyyənləşib.

Sportinfo.az UEFA-nın saytına istinadən xəbər verir ki, matçı Belçika Futbol Federasiyasından Erik Lambrexts idarə edəcək. Ona Co de Veyrdt və Kevin Monteni kömək göstərəcəklər. Natan Verbumen isə dördüncü hakim funksiyasını yerinə yetirəcək. Benoi Millo (Fransa) və Yan Boterberq (Belçika) VAR hakimləri olacaqlar.

Qeyd edək ki, noyabrın 30-da keçiriləcək "Molde" - "Qarabağ" görüşü yerli vaxtla 21:00-da (Bakı vaxtı ilə saat 00:00) başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da