“Hakim oyunu bizə hədiyyə etdi” – “Qarabağ” Türkiyəni şoka salıb

27 Mart 2023 20:00 Qarabağ 4 120
“Hakim oyunu bizə hədiyyə etdi” – “Qarabağ” Türkiyəni şoka salıb

“Qarabağ”la “Qalatasaray” arasındakı qardaşlıq oyunu adına yaraşan şəkildə təşkil oldu, keçirildi və eyni gözəllikdə başa çatdı.

Hər iki komandanın ifasındakı möhtəşəm oyun və vurulan qollar qarşılaşmaya rəng qatdı. Ən gözəli isə azarkeşlərin matçdan zövq almasıydı.

Qarşılaşma ətrafındakı ajiotaj o dərəcədə möhtəşəm olub ki, türkiyəli futbolsevərlər də görüşün təsiri altındadır. Onlar qardaşlıq matçına görə “Qarabağ”a və azərbaycanlı futbolsevərlərə təşəkkür edir, oyundan zövq aldıqlarını etiraf edir.

Türkiyəli fanatların “Qalatasaray”ın sosial media səhifələrindəki paylaşımlara yazdıqları şərhlər diqqət çəkməyə bilməz:

“Qardaş komanda bizdən daha yaxşı oynadı. Kaş ki, matç bərabərliklə başa çatardı. Olsun, onsuz da qardaşlıq qazandı”.

“Bir “Qalatasaray” azarkeşi olaraq ilk dəfə qalib gəlməyimizi istəmirdim. “Qarabağ” çox gözəl komanda qurub. Amma hər şeydən önəmlisi dost və qardaş komanda olduğunu göstərməsiydi”.

“Qarabağ”ı təbrik edirəm! Maşallah, daş kimi komandadır. Fiziki baxımdan “Qalatasaray”dan daha hazırlıqlı idi, xeyli sayda qol imkanları yaxaladı. Kaş ki, matç heç-heçə qurtarardı”.

“Halal olsun Azərbaycan xalqına”.

“Nəticənin önəm daşımadığı oyunda azəri qardaşlarımıza sonsuz təşəkkürlər. Çox gözəl qarşıladılar. Ürəklərinə sağlıq”.

“Qardaş ölkə, dostumuz. Azərbaycana təşəkkür edir və “Qarabağ”a uğurlar arzulayırıq. Nəticə bizi aldatmasın. “Qarabağ” oyun olaraq bizdən üstün idi”.

“Azəri qardaşlarımız bizi həqiqətən çox sevir. Təşəkkürlər, “Qarabağ”!”

“Azəri qardaşlarımız bizdən daha yaxşı oynadı. Hakim oyunu bizə hədiyyə etdi”.

“Qonaqpərvərliyiniz üçün çox-çox təşəkkür edirik, can Azərbaycan”.

“Premyer Liqadan sonra gördüyüm ən gözəl qazon idi. Stadion gözqamaşdırıcıdır. Qardaş, vətən bizi gözəl qarşıladı. Möhtəşəm duel idi. Qazanan qardaşlıq oldu”.

Martın 26-da Bakı Olimpiya Stadionunda “Qarabağ”la “Qalatasaray” arasında baş tutan qardaşlıq görüşündə rəqib 2:1 hesabı ilə qalib gəlib. “Cim-Bom” 4-cü dəqiqədə Bafetimbi Qomislə hesabı açsa da, Redon Cica 19-cu dəqiqədə status-kvonu bərpa edib. 87-ci dəqiqədə meydana sonradan daxil olan Mauro İkardi cərimə meydançasında özünə qarşı kobudluğa görə təyin olunmuş penaltini dəqiq yerinə yetirib.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti