“Bakıya qalib kimi yollanmaq istəyirik” - “Gent”in yarımmüdafiəçisi

7 Fevral 2023 19:20 Qarabağ 744
“Bakıya qalib kimi yollanmaq istəyirik” - “Gent”in yarımmüdafiəçisi

Bakıya qalib kimi yollanmaq istəyirik”.

Sportinfo.az xəbər verir ki, bunu Belçika “Gent”inin futbolçusu Alessio Kastro-Montes “voetbalnieuws.be” saytına açıqlamasında deyib.

26 yaşlı yarımmüdafiəçi UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la keçiriləcək oyunundan öncə Belçika çempionatında “Vesterlo” səfərindən qələbə ilə dönmək istədiklərini bildirib:

“Çempionatda növbəti xal itkisindən qətiyyən söhbət gedə bilməz. Turnir cədvəlində mümkün qədər irəliləməliyik.

Nəzərə alaq ki, “Vesterlo” ilə görüşdən sonra Bakıda “Qarabağ”la üz-üzə gələcəyik. Ora mütləq yüksək əhval-ruhiyyədə yollanmalıyıq”.

"Qarabağ”la “Gent” arasında Bakıdakı ilk görüş fevralın 16-da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da