"Qarabağ"ı yaxşı tanıyırıq, onları udmaq üçün bizə..."

4 Avqust 2021 12:40 Qarabağ 1 087
"Qarabağ"ı yaxşı tanıyırıq, onları udmaq üçün bizə..."

"Avrokuboklarda favorit olmur. "Qarabağ"ı yaxşı tanıyırıq".

Sportinfo.az xəbər verir ki, bu fikirləri AEL-in baş məşqçisi Duşan Kerkez "Qarabağ"a qarşı keçirəcəkləri Konfrans Liqasının III təsnifat mərhələsinin oyunları barədə danışarkən deyib.

45 yaşlı mütəxəssis bildirib ki, növbəti raunda adlamaq şansları var: "Bunun üçün bizə azarkeşlərin dəstəyi lazımdır".

"Qarabağ" AEL ilə ilk görüşünü avqustun 5-də səfərdə, cavab qarşılaşmasını avqustun 12-də evdə keçirəcək.

Kiprdəki matç Bakı vaxtı ilə saat 21:00-da, Tofiq Bəhramov adına Respublika stadionundakı görüş isə saat 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 01:00 "Mingəçevir" qalib gəldi
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!