“Qarabağ”a daha çox fayda vermək istəyirəm” – Braziliyalı qolçu

1 Avqust 2024 09:20 Qarabağ 2 279
“Qarabağ”a daha çox fayda vermək istəyirəm” – Braziliyalı qolçu

“Özümüzə inam qazanmaq baxımından çox önəmli oyun idi.

Həm də oyun ritmini hiss etmək üçün xeyirli oldu.

Qarşıda bir həftə var. Bu həftə ərzində növbəti oyuna köklənmək üçün çalışmaq lazımdır”.

Sportinfo.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın hücumçusu Olaviyo Juninyo Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Bakıda "Linkoln"u darmadağın etdikləri oyun (5:0, ilk matç - 2:0) haqda deyib.

Braziliyalı son görüşdə 3 qol vurmasına baxmayaraq, daha çox çalışmalı olduğunu qeyd edib:

“Çünki komandaya daha çox fayda vermək istəyirəm. Həm də bu, məşqlərdə çəkdiyimiz əziyyətlərin bəhrəsidir.

Mənim ilk növbədə hədəfim komandama kömək etməkdir”.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”