“Neftçi”da qalmaq üçün güzəştə getməlidir

15 May 2020 12:44 Neftçi 1 288
“Neftçi”da qalmaq üçün güzəştə getməlidir

“Neftçi” 2018-ci ilin orktyabrında heyətinə qatdığı Mamadu Mbodjla müqavilənin müddətini uzatmağa hazırlaşır.

Sportinfo.az-ın məlumatına görə, 27 yaşlı seneqallı legioner daha 1 il ağ-şara formanı geyinə bilər.

Mərkəz müdafiəçisi bunun üçün maliyyə şərtlərində kluba güzəştə getməlidir. Yəni, afrikalı ötən 1,5 ildə aldığı maaşdan hardasa 30 faiz az pula qane olmalıdır.

Azərbaycana gələnə kimi son 3 ildə Litvada - “Jalgiris”də çıxış edən Mbodjun bu ilyarım ərzində 400 min manatdan çox qazandığı barədə mətbuatda xəbərlərin yayılmasını xatırladaq,

Vaxtilə Seneqalın U-20 və U-23 yığmalarında çıxış edən müdafiəçi ümidləri tam doğrultmayıb. 2014-cü ildə “Srvena Zvezda”a keçən Mamadu əvvəl “Napredak”a icarəyə verilib, 2016-cı ildə isə “Jalgiris”ə yola salınıb.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da