Aldadılmasından qorxdu, "Neftçi"ni 3 klubdan üstün tutdu

26 Yanvar 2020 09:00 Neftçi 1 102
Aldadılmasından qorxdu, "Neftçi"ni 3 klubdan üstün tutdu

"Neftçi"nin haitili legioneri Vild-Donald Geryeyə yeni təklif gəlib.

Sportinfo.az xəbər verir ki, sol cinah müdafiəçisi bu dəfə Polşadan dəvət alıb. Vaxtilə bu ölkədə çıxış etmiş futbolçuya birdən-birə 3 klubu maraq göstərir.

31 yaşlı oyunçu "Lex", "Visla Plok" və "Legiya"nın gündəmindədir. Krakov "Visla"sının sabiq üzvü aldığı təklifləri dəyərləndirməyə çalışmır.

Ötən yay "Qarabağ"dan "Neftçi"yə keçən Vild-Donald Geryenin müqavilə müddəti cari mövsümün sonuna qədərdir. Bakılılar anlaşmanı daha 1 il uzatmaq hüququna malikdir.

Haitili də buna tərəfdardır. Çünki əcnəbi menecerlər tərəfindən növbəti dəfə aldadılmasından ehtiyatlanır. Axı bunadək ona olmazın yalanlar danışıblar, müxtəlif klubların adıyla yolundan azdırıblar.

Əslində, Gerye "Qarabağ"da qalacaqdı. Özü yığmanın tərkibində KONKAKAF-da iştirak etdiyi vaxt müqavilənin uzadılmasına razılıq vermişdi. Haiti turnirdə yarımfinal mərhələsinə qədər gedib çıxınca, agentlər onun "saqqızını oğurladı".

Türkiyə də daxil, Avropanın bir sıra qabaqcıl futbol ölkələrindən ona təkliflər gəldiyini dedilər, inandırdılar. Gerye də bir baxdı ki, "Qarabağ" da yolunu gözləməkdən bezib, "Neftçi"dən başqa real istəyəni yoxdur.

Digər Xəbərlər
Xəbər Lenti