Tanınmış baş məşqçinin oğlu da "Neftçi"də işləyəcək - SON DƏQİQƏ

14:00 Neftçi 306
Tanınmış baş məşqçinin oğlu da "Neftçi"də işləyəcək - SON DƏQİQƏ

"Qəbələ"nin sabiq müdafiəçisi Vitali Vernidub yenidən karyerasını Azərbaycanda davam etdirəcək.

Bu dəfə məşqçi olaraq.

Belə ki, "Neftçi"nin sükanı arxasına keçməyə razılaşan Yuri Vernidub oğluna da məşqçi korpusunda yer verəcək. O, əsas yardımçı kimi atasına kömək edəcək.

Vitali 2015-2018-ci illərdə "Qəbələ"nin formasını geyinib. Son olaraq "Krivbass"da çıxış edən sabiq oyunçu 2023-cü ildə karyerasını başa vurub.

«Neftçi» yeni baş məşqçi təyinatına hazırlaşır. Saytımız bu yöndə son dəqiqə məlumatı əldə edib.

Klubdan redaksiyamıza daxil olan informasiyaya görə, Yuri Vernidubla bir həftədən çoxdur davam edən danışıqlar yekunlaşıb.

Ukraynlı mütəxəssislə 1,5 illik müqavilənin müddəti və maliyyə şərtləri konteksində razılıq əldə olunub. Qalır onun Azərbaycana gəlməsi…

Bu problem də həllini tapmaq üzrədir. 59 yaşlı çalışdırıcı xüsusi icazə məktubu əsasında Ukraynanı tərk edə biləcək.

Paytaxt təmsilçisi yerli dövlət qurumlarına bu məqsədlə müraciət ünvanlayıb və ilkin razılıq alınıb.

Əks halda, Vernidubun yolunu yanvarın sonunadək gözləmək lazım gələcəkdi. Çünki Ukrayna Rusiya ilə müharibə şəraitinə görə 60 yaşadək kişilərin ölkədən çıxışına qadağa qoyub.

Bu ilin yanvarından bəri heç yerdə çalışmayan, bir ara ordu sıralarına qoşulan, artilerriya diviziyasında döyüşən Vernidubun 60 yaşı gələn il yanvarın 22-də tamam olacaq.

«Neftçi» rəhbərliyi hazırda səfərbər vəziyyətdədir. Samir Abasovun qara günə qoyduğu komandanı dirçəltmək üçün bütün ümidlərini ona bağlayıblar.

Vernidubun bu gün, yaxud sabah Bakıda olması gözlənilir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 Dekabr 17:50 Çək və bizə göndər!