COP29

Mutu ciddi tənbeh olundu, sonuncu xəbərdarlıq edildi!

20 Dekabr 2023 13:00 Neftçi 2 226
Mutu ciddi tənbeh olundu, sonuncu xəbərdarlıq edildi!

Premyer Liqanın 17-ci turunda «Qarabağ»ın qonağı olan «Neftçi» 0:2 hesabıyla uduzdu.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən derbidə qeydə alınan nəticə «ağ-qaralar»ın rəhbərliyini hərəkətə gətirib.

Redaksiyamıza daxil olan qeyri-rəsmi məlumata görə, funksionerlər matçın ardından Adrian Mutu ilə görüş keçirib. Burada baş məşqçiyə narazılıq bildirilib.

Yayda 2 illik müqaviləyə imza atmış rumıniyalı mütəxəssisin diqqətinə çatdırılıb ki, gedişat onları qane etmir. Həm göstəricilər, həm də sərgilənən oyun baxımından.

Mutuya gəldiyi ilk vaxtlar verdiyi vədlər xatırladılıb. Qeyd olunub ki, onlara kifayət qədər ciddi büdcə ayrılıb, 11 yeni futbolçu alınıb, komandaya hər cür şərait yaradılıb.

O da söylənilib ki, çempionluq yarışından uzaq düşmək «Neftçi»nin iddialarına ziddir. Mutuya vəziyyəti dəyişdirmək üçün zaman tanınıb.

Əgər qarşıdakı turda da qələbə əldə olunmasa, böyük ehtimalla, rumının istefaya göndərilməsi gündəmə gətiriləcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti