
“Neftçi”nin sabiq hücumçusu Melvin Platye “ağ-qaralar”a keçdiyini xatırlayıb.
Sportinfo.az xəbər verir ki, “Utrecht-fans”a danışan açıqlama verən niderlandlı Premyer Liqamıza perspektiv üçün gəlmədiyini söyləyib:
"Niderlandda qazandığınızın yalnız yarısına sahibsiniz, amma yenə də kirayə və başqa şeyləri ödəməlisiniz. Bir neçə dəfə alış-veriş etdikdən sonra pulunuz tükənə bilər.
Amma o vaxtı sonda Azərbaycanı seçdim. Bu barədə çox danışmaq olar, aydındır ki, oranı perspektiv üçün seçməmişdim".
Platye 2013-2014-cü illərdə "Neftçi"də çıxış edib.