COP29

“Neftçi”nin ən böyük büdcəsi sənə ayrılıb, niyə səviyyəli legionerlər almırsan?” - VİDEO

17 Oktyabr 2023 10:40 Neftçi 1 299
“Neftçi”nin ən böyük büdcəsi sənə ayrılıb, niyə səviyyəli legionerlər almırsan?” - VİDEO

“Adrian Mutunun 2-3 ay verdiyi vədlərlə indi dediyi sözlər üst-üstə düşmür”.

Bu sözlər tanınmış telejurnalist Ceyhun Rzayevə məxsusdur.

O, aparıcı olduğu ATV-nın “Futbolumuz” verlişində “Neftçi”nin baş məşqçisi Adrian Mutunu sərt tənqid edib.

Rzayev rumıniyalı mütəxəssisin yanlış transfer əməliyyatları həyata keçirdiyini bildirib.

Deyib ki, iyulda görəvə gələn çalışdırıcıya rəhbərlik tərəfindən klub tarixinin ən böyük büdcəsi ayrılsa da, alınan legionerlər heyəti gücləndirməyib.

Mutunun ilk vaxtlar çempionluq haqda danışdığını xatırladan aparıcı qeyd eləyib ki, o, hazırda “Qarabağ”ı tərifləməklə məşğuldur:

“Neftçi” ilə müqavilə bağlayan yeni oyunçulara az məbləğ ödənilmir. İllik dörd yüz min və ondan yüksək maaş alan legionerlər gətiriblər.

Amma onlar deyil, əvəlkilər əsas heyətdə yer alır. Halbuki Mutu ilk vaxtlar tamam başqa vədlər verirdi”.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti