“Neftçi”nin icarəyə götürdüyü hücumçudan gördüyü xeyir - FOTOREPORTAJ

6 Fevral 2023 09:00 Neftçi 1 154
“Neftçi”nin icarəyə götürdüyü hücumçudan gördüyü xeyir - FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasının XXI turunda daha bir oyun keçirilib.

Sportinfo.az xəbər verir ki, “Neftçi” “Sumqayıt”ı sınağa çəkib.

“Gənclik şəhəri” təmsilçisi güclü rəqibinə bir hissə müqavimət göstərə bilib. “Ağ-qaralar” ikinci hissədə vurduğu qollarla 2:0 hesablı qələbə qazanıb.

Paytaxt klubunun heyətində Solomon Kverkveliya (54-cü dəqiqə) və Mateus Saldanya (64) fərqləniblər.

style="display:block; width: 320px; height: 100px; margin: 15px auto;" data-ad-slot="13381">

Qələbə sayəsində xallarının sayını 44-ə çatdıran “Neftçi” turnir cədvəlinin 3-cü pilləsindəki mövqeyini bir qədər də möhkəmlədib.

Laurentsiu Regekampfın yetirmələri artıq ən yaxın izləyiciləri “Zirə”ni 12 xal qabaqlayırlar. “Sumqayıt” isə aktivindəki 15 xalla səkkizinci yerdə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu