"Neftçi"dən ayrılması üçün ona bahalı maşın VƏD OLUNDU

14 Dekabr 2022 13:00 Neftçi 1 519
"Neftçi"dən ayrılması üçün ona bahalı maşın VƏD OLUNDU

Laurentsiu Regekampf "Neftçi"dən ayrıla bilər.

47 yaşlı rumıniyalı baş məşqçi ölkəsində işləmək niyyətindədir.

"Ağ-qaralar"ın çalışdırıcısı "Universitatya Krayova" ilə razılıq əldə etməyə yaxındır. Əgər gələn ay "Neftçi"dən gedərsə, məhz bu kluba keçəcək.

Regekampf 2021/2022 mövsümündə adıçəkilən komandaya rəhbərlik edib. Krayova təmsilçisi köhnə tanışını geri qaytarmaq üçün maraqlı təklif irəli sürüb.

Belə ki, 1+1 illik müqavilə qarşılığında ona 40 min avro əməkhaqqı ödəniləcək və «Bugatti» hədiyyə olunacaq.

Regenin avtomobil kolleksiyası yaratmasını bilən "Universitatya Krayova" rəhbərliyi ümid edir ki, dekabrında sonunda keçirəcəkləri görüş hər iki tərəfi razı salacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti