“Neftçi”nin problemli ismi – Onun dönüşü nəvaxta qaldı?

9 Dekabr 2022 17:00 Neftçi 610
“Neftçi”nin problemli ismi – Onun dönüşü nəvaxta qaldı?

"Neftçi"nin yarımmüdafiəçisi Eddi İsrafilov zədələnib.

O, "Zirə"yə qarşı keçirdikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda sıradan çıxıb.

Azərbaycan millisinin üzvü meydanı xərəkdə tərk edib. Onu 53-cü dəqiqədə İsmayıl Zülfüqarlı əvəzləyib.

Əvvəlki zədəsini yenicə sağaltmış milliləşdirilmiş oyunçu daha bir müddət yaşıl sahələrdən kənarda qalacaq.

İlkin diaqnoza görə, Eddi minimum 7-9 gün yaşıl sahələrdən uzaq qalacaq. Onun dekabrın 17-dən sonra kollektiv məşqlərə qoş.ulması gözlənilir.

İsrafilov zədələnməsəydi belə, ayın 15-də “Turan Tovuz”la keçiriləcək Premyer Liqanın 17-ci tuir matçında meydana çıxa bilməyəcəkdi.

Çünki, yarımmüdafiəçi ötən tur “Qarabağ”la derbidə (0:4) sarı vərəqə limitini doldurub və cəzalı duruma düşüb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti