"Neftçi"dən SON DƏQİQƏ XƏBƏRİ - Baş məşqçi əvvəl hesabat, sonra istefa verir?

3 Dekabr 2022 12:40 Neftçi 1 109
"Neftçi"dən SON DƏQİQƏ XƏBƏRİ - Baş məşqçi əvvəl hesabat, sonra istefa verir?

«Neftçi»nin yenidən formalaşdırılan Müşahidə Şurası Lorentsiu Regekampfla görüş keçirəcək.

Bu barədə Sportinfo.az-a paytaxt təmsilçisindən məlumat daxil olub.

Bildirilib ki, toplantının yaxın günlərdə təşkili nəzərdə tutulub. İyunda görəvə gələn rumıniyalı mütəxəssis bu müddətdə göstərdiyi fəaliyyət, komandanın uğursuz çıxışının səbəbləri barədə hesabat verəcək.

Regenin istefaya göndərilməsi? Bəli, bu məsələ də gündəmdədir.

Bakılı yetkililər yayda 2 illik müqaviləyə qol çəkmiş şərqi avropalı çalışdırıcıyla sözləşməyə qapşılıqlı razılaşma əsasında xitam vermək variantını gözdən keçirir.

Şəxsi həyatında yaşadığı qalmaqallarla daim Rumıniya mətbuatının manşetini «bəzəyən» Regenin ölkəsinə qayıtmaq üçün maliyyə şərtlərində «ağ-qaralar»a güzəştə getməyə hazır olduğu söylənilir.

"Neftçi" dünən Azərbaycan derbisində «Qarabağ»ı qəbul edib və 0:4 hesabıyla uduzub. Şuranın yeni üzvləri stadionda öz yerini alıb və bu mənzərəni izləyib.

Təbii ki, oyundan və nəticədən razı qalmayıblar.

Digər Xəbərlər
Xəbər Lenti