Bu iki nəfər "Neftçi"ni Bayılda can verməyə qoymadı - FOTOREPORTAJ

22 Yanvar 10:40 Neftçi 301
Bu iki nəfər "Neftçi"ni Bayılda can verməyə qoymadı - FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısına start verilib.

Sportinfo.az xəbər verir ki, XIV turun açılış oyununda çempionatın lideri "Neftçi" səfərdə "Səbail"lə üz-üzə gəlib.

"ASCO Arena"da keçirilən qarşılaşma flaqmanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İlk qolu 28-ci dəqiqədə "Səbail" vurub. Baş hakim Kamal Umudlu "Neftçi"nin qapısına penalti təyin edib.

Qapıçı Aqil Məmmədov Əfran İsmayılovun penaltisini dəf etsə də, referi qolkiperin irəli çıxdığını əsas gətirərək, penaltinin yenidən yerinə yetirilməsini tələb edib. İsmayılov ikinci cəhddə dəqiq oynayaraq hesabı açıb.

45-ci dəqiqədə Sabir Buqrin baxımlı qolla hesabı bərabərləşdirib. 51-ci dəqiqədə isə Emin Mahmudov cərimə zərbəsini dəqiq yerinə yetirib. 90-cı dəqiqədə Sabir Buqrin özünün ikinci, komandasının üçüncü qoluna imza atıb.

90+2-ci dəqiqədə isə "Neftçi"nin müdafiəçisi Ömər Buludov zədələnib. 23 yaşlı cinah müdafiəçisinin yerinə meydana Elnur Əlibəyli daxil olub.

Bu nəticədən sonra liderliyini davam etdirən "Neftçi" xallarının sayını 27-yə çatdırıb. "Səbail" isə 13 xalla 6-cı sıradadır.

Digər Xəbərlər
Xəbər Lenti