"Onun müqaviləsi yayda başa çatacaq, o vaxta qədər bizimlədir"

6 Noyabr 2024 00:10 İngiltərə 390
"Onun müqaviləsi yayda başa çatacaq, o vaxta qədər bizimlədir"

“Liverpul”un baş məşqçisi Arne Slot Məhəmməd Salahın başa çatmaqda olan müqaviləsi ilə bağlı danışıb.

Sportinfo.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı bunu Salahla müzakirə etmədiyini bildirib:

“Mən bunu Salahla müzakirə etməmişəm. Onun müqaviləsi yayda başa çatacaq, o vaxta qədər bizimlədir.

Qalanı hələ də bəlli deyil. İndi bütün diqqətimizi matçlara yönəltmişik”.

Misirli forvardın müqaviləsi gələn ilin yayına qədərdir. Onun növbəti mövsümdə “qırmızılar”da çıxış edib-etməyəcəyi hələlik məlum deyil.

32 yaşlı hücumçu bu mövsüm “Liverpul”da keçirdiyi 15 oyunda 9 qol vurub və 7 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da