70 milyon avroya müdafiəçi alacaq? - Premyer Liqa təmsilçisi

30 İyun 2024 13:10 İngiltərə 847
70 milyon avroya müdafiəçi alacaq? - Premyer Liqa təmsilçisi

“Mançester Yunayted” “Bayern”in müdafiəçisi Matteys de Liqtin transferini rəsmiləşdirməyə ciddi yanaşır.

Sportinfo.az “The Athletic”-ə istinadən xəbər verir ki, klublar arasında hələlik danışıqlar aparılmayıb.

24 yaşlı niderlandlı futbolçu “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haqın müdafiədəki əsas hədəfidir.

Daha əvvəl Münhen klubunun futbolçu üçün 70 milyon avro tələb edə biləcəyi bildirilirdi.

De Liqt 2022-ci ilin yayından “Bayern”də çıxış edir. O, ötən mövsüm bütün turnirlərdə 30 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti